- Köhnə - Cəmiyyət
- 4 May 2017 23:44
- 4 606
Sürücü mopedlə piyadanı vurub, öldürdü - Bakıda
Bakının Nəsimi rayonunun Bakıxanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Rusiya səfirliyinin yaxınlığında baş verib.
Sözügedən küçədə moped ilə hərəkətdə olan sürücü Gözəlov Soltan Muxtar oğlu yolu keçmək istəyən təqribən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib. Onun şəxsiyyəti hələ ki, məlum deyil.
Qəza səbəbindən yolda sıxlıq yaranıb.