Almaniyada işə düzəltmək adı ilə 6 min manat pulunu aldılar, üstəlik ağır cinayətlərə görə həbsdə olduğuna dair saxta sənəd hazırladılar. Almaniyada işə düzəltmək adı ilə 6 min manat pulunu aldılar, üstəlik ağır cinayətlərə görə həbsdə olduğuna dair saxta sənəd hazırladılar.

Xaricdə işləmək istədi, ölümlə hədələdilər (Video)

Almaniyada işə düzəltmək adı ilə 6 min manat pulunu aldılar, üstəlik ağır cinayətlərə görə həbsdə olduğuna dair saxta sənəd hazırladılar.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Şamaxının Mirikənd kənd sakini Ramil Muradov deyir ki, 2015-ci ildə xarici ölkəyə gedərək işləmək istəyib. Qohumu ona Ağasif İbrahimov adlı bir nəfərin kömək edə biləcəyini deyib. Ağasif də Almaniyada işə düzəltmək üçün Ramil Muradovdan 6 min manat pul istəyib. Ramil də avtomobilini sataraq 3 min manat sentyabr ayında, 3 min manat isə oktyabrda ona pul verib.

Ramil Muradov deyir ki, evə gedib sənədləri oxuyanda gözlərinə inanmayıb. Məhkəmənin adından istifadə edilərək onun dəfələrlə həbsdə olması barədə saxta sənəd hazırlanıb.

Ramil Muradov aldadıldığını başa düşüb və dərhal hüquq- mühafizə orqanlarına xəbər verib. Zərərçəkmiş Ağasif İbrahimovdan pulu qaytarmağı tələb etdikdə isə ona hədə-qorxu gəliblər.

İndi Ramil Muradov həm pulunun geri qaytarılmasını, həm də saxta sənədlərlə haqqında xoşagəlməz məlumatlar hazırladığına görə Ağasif İbrahimovun qanun qarşısında cavab verməsini istəyir.

Dələduzluqda ittiham edilən Ağasif İbrahimovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin heç bir nömrəsinə zəng çatmadı.