Fəhlə 11-ci mərtəbədən yıxılıb, öldü - "AAAF Park"da

Abşeron rayonunun Xırdalan şəhərində fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə "AAAF Park" yaşayış kompleksi ərazisində qeydə alınıb.

Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb.

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.