Ukraynanın Vinnitsa əyalətindən Azərbaycana göndərilən 20 ton ət məhsulu itib. Ukraynanın Vinnitsa əyalətindən Azərbaycana göndərilən 20 ton ət məhsulu itib.

20 ton əti oğurladılar

Ukraynanın Vinnitsa əyalətindən Azərbaycana göndərilən 20 ton ət məhsulu itib.

“Report”un məlumatına görə, Azərbaycanın “Qafqaz Konserv Zavodu”na göndərilməsi nəzərdə tutulan 70 min dollar dəyərində olan məhsul Ukraynada gömrüyə gedən yolda yoxa çıxıb.

Yükün itməsi ilə bağlı hüquq mühafizə orqanlarına, o cümlədən Ukrayna Daxili İşlər orqanlarına, Təhlükəsizlik xidmətinə, Ali Radanın deputatlarına müraciət olunub.

Qeyd edək ki, indiyədək Azərbaycanın ayrı-ayrı şirkətlərinə məxsus yüklərlə dolu 10 yük maşını Ukrayna ərazisində oğurlanıb.

AzNews.az