Gecələr baş verən avtomobil qəzalarının əksəriyyətinə sürücünün sükan arxasında yatması səbəb olur. Gecələr baş verən avtomobil qəzalarının əksəriyyətinə sürücünün sükan arxasında yatması səbəb olur.

Sükan arxasında yuxuya getməyəcəksiniz - Unikal ixtira

Gecələr baş verən avtomobil qəzalarının əksəriyyətinə sürücünün sükan arxasında yatması səbəb olur.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, azərbaycanlı gənclərin ixtirası bu problemin qarşısının alınmasına kömək olacaq. Odur ki, onların hazırladıqları eynəyin sükan arxasında yuxulayan sürücülərə köməyi dəyəcəyini demək olar.

Xezerxeber.az məlumat verir ki, gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Bu gənclər hazırladıqları eynəklə yəqin ki, yaxın zamanda bütün dünyada tanınacaqlar.

Onlar belə bir eynəyi düzəltməyə dostlarının ailəsində baş verən hadisədən sonra qərar veriblər.

Eynək göz qapaqlarının yumulmasının yatmaq və ya göz qırpması olduğunu ən gec 3 saniyədə təyin edir. Bundan sonra məlumatı blutuz vasitəsi ilə mobil telefondakı proqrama göndərir və telefon siqnal verərək sürücünü ayıldır.

Gənclər Azərbaycan Texniki Universitetinin SABAH qrupunun tələbələridir.