- Köhnə - Cəmiyyət
- 8 May 2017 20:54
- 5 045
Zəncirvari qəza - 4 avtomobil toqquşdu (Video)
Xaçmazda baş verən zəncirvari qəzada 4 avtomobil toqquşub.
AzNews.az ARB-yə istinadən xəbər verir ki, əvvəlcə "VAZ 2106" və "QAZ 3110" markalı avtomobillər toqquşub.
Zərbənin gücündən "QAZ 3110" markalı avtomobil yolun kənarında dayanan, 2 "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Mehman Babayev - "VAZ 2106"-nın sahibi: "Xəstəxanaya tələsirdim. 60 ya 70-lə gəlirdim. Qəfildən qabağıma çıxdı".
Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.