Məktəbdə yuxarı sinif şagirdi özündən bir neçə yaş balaca olan şagirdi döyüb. Hadisəni törədən şagird iddia eləyir ki, bu hərəkətinə görə direktor indi onu məktəbə buraxmır. Məktəbdə yuxarı sinif şagirdi özündən bir neçə yaş balaca olan şagirdi döyüb. Hadisəni törədən şagird iddia eləyir ki, bu hərəkətinə görə direktor indi onu məktəbə buraxmır.

Şagird məktəbə buraxılmır - söyüşə görə (Video)

Məktəbdə yuxarı sinif şagirdi özündən bir neçə yaş balaca olan şagirdi döyüb. Hadisəni törədən şagird iddia eləyir ki, bu hərəkətinə görə direktor indi onu məktəbə buraxmır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, məktəb direktoru isə bildirir ki, həmin şagird çətin tərbiyə olunan uşaq kimi polisdə qeydiyyata alınıb.

9 sinif şagirdin iddiasına görə onu məktəbə buraxırmırlar. Oğuzun Calud kənd sakini 9 sinif şagirdi Nəsir Məmmədzadə həmin kənddə Kəlbəcər rayon 95 saylı tam orta məktəbdə təhsil alır. Nəsir Məmmədzadə deyir ki, aşağı sinif şagirdi divarda onun haqqında söyüş yazıb. Buna görədə Nəsir 5-ci sinif şagirdini vurub.Onun sözlərinə görə,bu hadisədən sonra direktor onu məktəbə buraxmır.

Məktəb direktoru Səxavət Camalov isə bunun tamamilə yalan olduğunu bildirib.Nəsir Məmmədzadə dəfələrlə nizam intizamı pozduğundan onun valideyni ilə danışıqlar aparılıb.Və tərbiyəsi çətin olan uşaq kimi polisdə qeydiyyata alınıb.

Direktor onu da bildirir ki, döyülən şagirdin valideyni ilə söhbət aparılıb.Tərəflər arasında olan narazılıq aradan qaldırılıb.