- Köhnə - Cəmiyyət
- 9 May 2017 18:43
- 4 256
Bakıda beşmərtəbəli binada yanğın baş verdi
Nəsimi rayonunda yanğın olub.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 27 m2 sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.