Baş verən hadisəyə təəssüflənmək yerinə, itən telefonunun hayına qalan bu sürücü paytaxtın Nəsimi rayonu, Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qəza törədib. Baş verən hadisəyə təəssüflənmək yerinə, itən telefonunun hayına qalan bu sürücü paytaxtın Nəsimi rayonu, Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qəza törədib.

“Deyirəm ki, içmişəm. Həkim məndən artıqdır?” - Sərxoş sürücü ilə polisin mübahisəsi (Video)

Baş verən hadisəyə təəssüflənmək yerinə, itən telefonunun hayına qalan bu sürücü paytaxtın Nəsimi rayonu, Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qəza törədib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, sərxoş vəziyyətdə olan 51 yaşlı Telman Hesynovun idarə etdiyi “BMW” markalı maşın yolda olan digər bir minik maşınına çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Əraziyə gələn yol patrul xidmətinin əməkdaşları sürücünü sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə aparmaq istəsələr də Telman Hüseynov buna mane olub.

Sürücü: “Mən içmişəm. Həkim məndən artıq adamdır? Mən deyirəm ki, içmişəm. Sən cəriməni yaz tikək. Tikə bilmirsənsə mən tikim”.

Faktla bağlı araşdırma aparılır.