Balakəndə işə gedərkən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib. Balakəndə işə gedərkən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib.

77 yaşlı fəhləni it dişlədi - Video

Balakəndə işə gedərkən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, bu gün saat 6:30 radələrində Balakən rayonu Qazbinə kənd sakini, Tahir Şahquliyev küçədə sahibsiz itlərin hücumuna məruz qalıb.

Sol ayağın baldır nahiyəsinin bir neçə yerindən it dişləməsi xəsarəti alan zərərçəkən yaxınlıqdakı şəxslərin köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.