Gəncədə keçmiş həyat yoldaşını bıçaqlayan, daha sonra özünə bıçaq xəsarətləri yetirən 29 yaşlı Ramin Qarayev xəstəxanada dünyasını dəyişib. Gəncədə keçmiş həyat yoldaşını bıçaqlayan, daha sonra özünə bıçaq xəsarətləri yetirən 29 yaşlı Ramin Qarayev xəstəxanada dünyasını dəyişib.

Boşandığı hamilə qadını və özünü bıçaqlayan şəxs xəstəxanada öldü

Gəncədə keçmiş həyat yoldaşını bıçaqlayan, daha sonra özünə bıçaq xəsarətləri yetirən 29 yaşlı Ramin Qarayev xəstəxanada dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən R. Qarayev bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, hadisə mayın 9-da qeydə alınıb. Keçmiş həyat yoldaşı, 34 yaşlı Ülviyyə Alıyevanın boğaz nahiyəsinə bıçaq xəsarətləri yetirən R. Qarayev daha sonra özünün boğaz damarlarını kəsib.

R. Qarayevin Ü. Alıyevanı başqası ilə ailə qurub, hamilə qaldığına görə bıçaqladığı bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

AzNews.az