Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dələduz makler həbs edildi - 7 il cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 7 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, A.Əliyev 2015-ci ilin oktyabrında başqasının adına olan torpaq sahəsini tanışı Ramin Delikanova 14 min manata sataraq, ona qarşı dələduzluq edib.

AzNews.az