Qanunsuz balıqçı qayıqları neft platformalarında təhlükə yaradır. Qanunsuz balıqçı qayıqları neft platformalarında təhlükə yaradır.

"Balıqçıların sahibi bunun üçün kimə lazımdır “hörmət” edir"- Mirvari Qəhrəmanlı (FOTO)

Qanunsuz balıqçı qayıqları neft platformalarında təhlükə yaradır.

AzNews.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, Dövlət Neft Şirkətinin «Azneft İB" strukturlarına daxil olan Neft-Qaz Çıxarma İdarələrinə məxsus balıqçı qayıqları yoxdur:

“Aşağıdakı şəkillərə diqqət yetirin. Neft Daşları NQÇİ-yə məxsus ərazidə balıq biznesi ilə məşğul olan balıqçı qayıqlarıdır. Təsadüfü deyil ki, NQÇİ-nin estakadalarının arası ilə, heç bir rəsmi icazəsi olmayan, bütün qadağalara baxmayaraq, balıqçı lodkaları tor ataraq, bu tərəfə şütüyürlər. Aldığımız məlumata görə, balıqçıların sahibi bunun üçün kimə lazımdır “hörmət” edirlər. Onda bu kənar adamlar üzərindən neft və qaz xətləri keçən stratejli əhəmiyyətli estakadaların altı ilə hərəkət edərək istədiklərini etməzlər? Kim təminat verə bilər ki, bu balıqçı gəmiləri dövlətimiz üçün xüsusi əhəmiyyəti olan, strateji obyektdə hər hansı bir fəsad törədə bilməz? Bunlar PSK-da deyil, 2-3 nəfərlik balıqçı qayıqlarıdır.”

Bahar RÜSTƏMLİ

AzNews.az