Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ögey xalasını öldürən şəxsə hökm oxundu - 20 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Əbilov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyul ayının 22-də Sumqayıt şəhərində R. Əbilov ögey xalası Gülyaz Musayevanı xüsusi amansızlıqla öldürüb və evindən 800 manat pul və bir ədəd kompüter aparıb.

AzNews.az