“Xəbər var” qəzetinin baş redaktoru vətəndaşı şantaj edib. “Xəbər var” qəzetinin baş redaktoru vətəndaşı şantaj edib.

“Reket” baş redaktor həbs olundu

“Xəbər var” qəzetinin baş redaktoru vətəndaşı şantaj edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.

Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunan Etibar Əliyev tutulub.