Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün 1 319 ədəd qəlpə, 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün 1 319 ədəd qəlpə, 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Cocuq Mərcanlıda 2 mina zərərsizləşdirilib - Foto

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün 1 319 ədəd qəlpə, 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilir ki, 29 619 kv.m ərazi (2 119 kv.m əl ilə, 18 500 kv.m mexaniki üsulla və 9 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

80 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 41 ədəd partlamamış hərbi sursat (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 10 ədəd piyada əleyhinə mina (OZM-72) və 76 ədəd tank əleyhinə mina (25 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. İndiyədək 2 721 311 kv.m (272.1 ha) ərazi müxtəlif üsul və vasitələrlə yoxlanılıb, 1 763 911 kv.m (176.4 ha) ərazi tam təmizlənib, 844 400 kv.m (84.4 ha) ərazi mexaniki üsulla yoxlanılıb, 113 000 kv.m (11.3 ha) ərazi isə ″SENSYS dərinlik ölçən cihazı″ ilə təkrar dərinliyə yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-12 may tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 619 ədəd partlamamış hərbi sursat, 119 ədəd tank əleyhinə mina və 14 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 785 785 kv.m ərazi (590 196 kv.m əl ilə, 844 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 238 189 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.