“Azərbaycan Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından başqa hər hansı şirkətlə əməkdaşlıq etmir”. “Azərbaycan Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından başqa hər hansı şirkətlə əməkdaşlıq etmir”.

Təhsil Nazirliyinin adından sui-istifadə edirlər - Xəbərdarlıq

“Azərbaycan Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından başqa hər hansı şirkətlə əməkdaşlıq etmir”.

“Report” xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O deyib ki, son vaxtlar bəzi xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər bir sıra televiziya və radio kanallarının reklam elanlarında, saytların bildirişlərində xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanəti ilə bağlı yanlış məlumatlar yerləşdirirlər: “Bu cür yanaşma şirkətlərin öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə və insanları aldatmaq vasitəsidir”.

C.Valehov qeyd edib ki, diplomların tanınması (nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər qədər bütün məlumatlar təhlil olunur: “Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir. İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”.

AzNews.az