Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub. Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub.

Bakı şəhər Prokurorluğunda yeni - Təyinatlar

Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub.

Lent.az xəbər verir ki, Bakı şəhər Prokurorunun köməkçisi Günel Əkbərli və Fuad Tağıyev tutduqları vəzifədən azad edilib. G.Əkbərli Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə, F.Tağıyev isə Bakı şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarına Nəzarət İdarəsinə prokuror təyin edilib. Bundan başqa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Azad Fətullayev və həmin Baş İdarənin İstintaq İdarəsinin böyük prokuroru Tural Aslanov Bakı şəhər prokurorunun köməkçisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl İlqar Abbasov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. O, bu vəzifədə Ali Məhkəmənin hakimi təyin edilən Əziz Seyidovu əvəz edib.

AzNews.az