I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 11-də* ikinci sınaq imtahanı keçiriləcək I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 11-də* ikinci sınaq imtahanı keçiriləcək

Abituriyentlərin nəzərinə - Sınaq imtahanına yazılış başladı

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 11-də* ikinci sınaq imtahanı keçiriləcək

DİM-dən AzNews.az-a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara yeni test kitabçası təqdim olunacaq. İmtahanın Respublikanın 11 şəhər və rayonunda olmaqla, 63 imtahan binasında təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 35200 yer ayrılıb.

Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

İyunun 11-də keçiriləcək sınaq imtahanına qeydiyyat 6 iyun saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Xatırladaq ki, mayın 27-də keçiriləcək ilk sınaq imtahanına da yazılış davam edir. Abituriyentlər DİM-in saytının “Sınaq imtahanına yazılış ” bölməsində imtahan keçiriləcək bina və yerlərlə tanış ola bilərlər.

* İyunun 11-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcəkdir. “Azərbaycan dili” imtahanında iştirak etməli olan abituriyentlərin sınaq imtahanına yazılmamaları xahiş olunur!