İlin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb.

Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi isə kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.