2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3 faiz, emal sənayesi üzrə 38,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 faiz bahalaşıb. 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3 faiz, emal sənayesi üzrə 38,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 faiz bahalaşıb.

Bu sənaye məhsulları ucuzlaşdı

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3 faiz, emal sənayesi üzrə 38,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 faiz bahalaşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,7 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,7 faiz, metal filizlərin hasilatı üzrə 5,7 faiz) ucuzlaşıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,7 faiz bahalaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti üzrə 9,0 faiz, geyim istehsalı üzrə 6,5 faiz, toxuculuq sənayesi üzrə 4,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 3,8 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,1 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, ağac emalı və ağacdan məmulatların, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 1,3 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, tikinti materiallarının istehsalı üzrə 0,3 faiz bahalaşıb, içki istehsalı üzrə 1,8 faiz, kimya sənayesi üzrə 0,8 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, rezin və plastik kütlə məmulatlarının, kağız və kartonun istehsalı üzrə isə 0,2 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.