"WhatsApp" proqramında təhlükəli virus yayılıb. Son günlər bu proqramın istifadəçilərinə “Whatsapp.com” linki göndərilir. Bu link daxil olduqda isə isə "WhatsApp"-la əlaqəsi olmayan sayt açılır. "WhatsApp" proqramında təhlükəli virus yayılıb. Son günlər bu proqramın istifadəçilərinə “Whatsapp.com” linki göndərilir. Bu link daxil olduqda isə isə "WhatsApp"-la əlaqəsi olmayan sayt açılır.

"WhatsApp" vasitəsilə yayılan təhlükəli virus- Ekspert

"WhatsApp" proqramında təhlükəli virus yayılıb. Son günlər bu proqramın istifadəçilərinə “Whatsapp.com” linki göndərilir. Bu link daxil olduqda isə isə "WhatsApp"-la əlaqəsi olmayan sayt açılır.

Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzNews.az-a açıqlamasında yayılan virusdan xəbərsiz olduğunu qeyd edib:

“Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi Yanında Elektron Təhlükəsizlik Mərkəzi var. Texnologiyaların təhlükəsizliyinə bu qurum nəzarət edir. Dövlət tərəfindən bu qurumun qarşısına şərt qoyulub ki, istifadəçilərə təhlükəsizliklə bağlı informasiya və metodiki dərslər keçirilsin. Onun da qaynar xətti var. Əgər belə bir məsələ varsa, ilk olaraq bu qurumun saytında məlumat verilməlidir. Yəni, istifadəçi belə bir vəziyyətlə qarşılaşanda nə etməlidir? Proflaktik olaraq hansı addımlar atmalıdır?”

Osman Gündüz istifadəçilərə tanımadığı şəxsdən mesaj alırdığı təqdirdə onu açarkən diqqətli olmağı tövsiyyə edib.

Bahar RÜSTƏMLİ

AzNews.az