Bu gün səhər saatlarında Qobustan rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları bir sıra fəsadlar törədib. Bu gün səhər saatlarında Qobustan rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları bir sıra fəsadlar törədib.

Sel suları Qobustanda fəsadlara səbəb oldu

Bu gün səhər saatlarında Qobustan rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları bir sıra fəsadlar törədib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki,

dağlardan gələn sel suları Pirsaat çayında daşqına səbəb olub. Nəticədə Qobustanın Poladlı kəndinə xeyli ziyan dəyib. Kənd sakinlərinin sözlərinə görə, sel suları evlərin zirzəmilərini, həyətyanı və əkin sahələrini basıb, xeyli sayda ev quşları və mal-qara tələf olub. Həyətlərdə və küçələrdə lil qatı və keçilməz su gölməçələri yaranıb. Kənd ərazisindəki bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb. Elə məhz bu səbəbdən kəndə elektrik enerjisinin verilməsi dayandırılıb. Bir neçə ev tamamilə su altında qaldığından sakinlər mənzillərini tərk etməli olublar.

Hazırda aidiyyatı qurumlar əraziyə baxış keçirir, əhaliyə dəymiş ziyan müəyyənləşdirilir. Elektrik enerjisinin bərpası və yollardan lil qatının təmizlənməsi işləri görülür.