Cəlilabadda iki bacının evlərindən odlu silah götürülüb. Cəlilabadda iki bacının evlərindən odlu silah götürülüb.

İki bacının evindən odlu silah götürüldü - Cəlilabadda

Cəlilabadda iki bacının evlərindən odlu silah götürülüb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşları Cəlilabad şəhər Səməd Vurğun küçəsi, ev 75 ünvanında yaşayan Yaqut Hüseynovanın evinə baxış keçiriblər. Mənzildən tapança aşkarlanıb.


Yaqut Hüseynovanın yaxınlıqda yaşayan bacısı Zümrüd Əliyevanın da evindən isə işarəverici siqnal tipli tapança götürülüb. Silahların müvafiq sənədi olmadığı müəyyənləşib. Qadınlar silahların onlara babalarından qaldığını bildiriblər.

Fakt araşdırılır.

AzNews.az