Ötən il Azərbaycanda 18 000 sərxoş sürücü saxlanılıb

Ötən il respublika ərazisində 18 000 nəfər sərxoş sürücü saxlanılıb.APA-nın xəbərinə görə, bu barədə Respublika Baş Dövlət Yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib. İdarə rəisinin verdiyi məlumata görə, ötən il respublika ərazisində sərxoş sürücülər tərəfindən 96 qəza törədilib. Nəticədə 92 nəfər ölüb, 105 nəfər yaralanıb.