Rusiyaya buraxılmayan artıq tərəvəz yerli bazarlara axın edir. Rusiyaya buraxılmayan artıq tərəvəz yerli bazarlara axın edir.

Azərbaycanda pomidorun qiyməti 3 dəfə ucuzlaşdı

Rusiyaya buraxılmayan artıq tərəvəz yerli bazarlara axın edir.

AzNews.az İstipress-ə istinadən xəbər verir ki, Azərbaycan-Rusiya sərhədində Rusiya kömrükçülərinin Azərbaycandan gedən yük avtomobillərinə vahid ölçüdə tərəzi üsulu ilə tətbiq etdiyi yenilik şimal rayonlarında da pomidorun qiymətini endirib. Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Yaraq Qazmalar keçid məntəqəsində qoyulan tərəziyə əsasən yük avtomobili yalnız 23 ton məhsul apara bilər.

Bu sərtləşmədən sonra Xaçmaz, Quba, Qusar rayonlarında 2 gün əvvəl 4 manata satılan pomidorun qiyməti bu gün 1 man 30 qəpiyə qədər ucuzlaşıb. Xaçmaz gömrük idarəsindən bu yenilik barədə çox məlumat verilməsə də bildirildi ki,tərəzi Azərbaycan tərəfdə də var və qonşu ölkəyə göndərilən yük 40 tondan çox olmamalıdır.