- Köhnə - Cəmiyyət
- 22 May 2017 10:29
- 4 412
Abituriyentlərin diqqətinə - Bu gün qeydiyyat başa çatır
Bu gün yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu başa çatır.
AzNews.az xəbər verir ki, təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilib.