Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.

“Britaniyadakı terrorda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır” - XİN

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.

Bunu AzNews.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Trend-in yerli polisin "Twitter" hesabına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 19 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

AzNews.az