Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Havalimanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Havalimanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Gömrük Komitəsi video yaydı - İsrail vətəndaşı ilə bağlı + Yenilənib

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Havalimanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

AzNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı məlumat yayıb. Komitə bildirir ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu aşağıdakı videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək.

11:23

***

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, bununla əlaqədar Dövlət Gömrük Komitəsi bildirib ki, 18 may 2017-ci il tarixində J 2021 sayılı Bakı-Tə- Əviv aviareysi ilə Azərbaycan Respublikasında İsrail dövlətinə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn İsrail dövləti vətəndaşı Aleksander Gorenşteyn "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin üzərində olan və gömrük orqanına əvvəlcədən mütləq qaydada yazılı formada bəyan etməsi tələb olunan xarici valyutanı gömrük orqanına bəyan etməyib.

Aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasını keçərkən hərəkətləri şübhə doğurduğu üçün Aleksander Gorenşteyn gömrük əməkdaşları tərəfindən saxlanılıb və sorğu-sual zamanı o, əynindəki şalvarın iç hissəsində 10000 ABŞ dollarının olduğunu bildirib. Şəxsi yoxlama zamanı isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Aleksandr Gorenşteynin əynindəki şalvarın ön tərəfdən iç hissəsinə sonradan tikilmiş sağ və sol ciblərdə gömrük nəzarətindən gizlədilən 33 000 ABŞ dolları və üzərində olan pul qabından gömrük orqanına bəyan etmədiyi 2000 ABŞ dolları və cəmi 35 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Ölkə ərazisinə gətirilməsini təsdiq edən sənəd, eləcə də yazılı bəyannamə təqdim edilmədiyindən qeyd edilən əməl gömrük orqanı tərəfindən külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və gömrük nəzarətindən gizli keçirilməsi kimi qiymətləndirilərək müvafiq protokol tərtib edilib.

Faktla bağlı araşdırma aparılır.