Ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb. Ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb.

Abituriyentlərin nəzərinə - Vaxt uzadıldı

Ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlərin elektron ərizə qəbulu 24 may saat 11:00-a kimi davam edəcək.

DİM-dən bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulunun müddətinin uzadılmasına çoxsaylı müraciətlər səbəb olub.

Qeyd edək ki, prosedura əsasən, qeydiyyat prosesi 22 may saat 23:59-da başa çatıb.

AzNews.az