Daxili işlər orqanları tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili işlər orqanları tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Xəstə və ölü atları kəsib mal əti adı ilə satmaq istədilər - Əməliyyat + Foto

Daxili işlər orqanları tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində müvafiq dövlət qurumlarının nəzarətindən kənar at ətinin tədarükü ilə məşğul olduqlarını, Balakən, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin ətləri mal əti adı altında satmaq istədiklərini bildiriblər.

Kəsilmiş at cəmdəklərindən götürülən nümunələri laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

image description image description image description