Bakıda avtobusa bu materialla mindi, dava saldı (Video)

Bir sərnişin əlində tikinti materialı ilə avtobusa minib. Bu isə həm sürücünün, həm də avtobusdaki sərnişinlərin narazılığına səbəb olub.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, mübahisə böyüyüb və sərnişin və sürücü həmin sərnişini avtobusdan düşürməyə çalışsalar da buna nail ola bilməyiblər. Sosial şəbəkələrin müzakirəsinə çevirilən və bir neçə mövzunu aktuallaşdıran həmin kadrları təqdim edirik

Sərnişinin tikinti materialı diklə avtobusa minməsi sürücü ilə mübahisəyə səbəb olub. Əlindəkinin tikinti materialı olmadığını deyən sərnişin, sürücünü də hədələyir.

Daha sonra mübahisəyə avtobusda olanlar da qoşulur və həmin sərnişinin avtobusdan düşməsini tələb edirlər.

Nə qədər çalışılsa da həmin sərnişin avtobusdan düşmür. Üstəlik sürücünü təlimatları bilməməkdə itdiham edir.

Görüntülər Bakıda bir 62 nömrəli marşrutda hərəkət edən avtobusda çəkilib. Hadisə hansı ölçülərdə olan yüklərin avtobusla aparılması məsələsini aktuallaşdırır.

Bakı Nəqliyyat agentliyinin sözçüsü Mais Ağayevin deyir ki, sözügedən məsələ Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə təsdiqlənir. Qaydalara əsasən, sərnişin özü ilə uzunluğu 60 sm, çəkisi isə 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.

Mais Ağayevin sözlərinə görə, ölçüləri və çəkisi göstərilən həddən artıq olan yükləri avtobusa mindirən sərnişinlər haqda sürücünün polisə məlumat vermək hüququ var.