Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Maşallah Əhmədovun İrandan gətirdiyi daşlara baxış keçiriləcək

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə tərəflər arasında yenidən mübahisə yaranıb. M. Əhmədov zərərçəkmişə pulun əvəzinə plitə daşlar təklif etsə də, qarşı tərəf bu təklifi qəbul etməyib və həmin daşların ucuz qiymətə olduğunu deyib.

Nəticədə məhkəmə qərar qəbul edib ki, M. Əhmədovun o vaxt Bakıya gətirib satdığı daşlara və digər tikinti materiallarına baxış keçirilsin. Qərara görə, iyunun 2-də məhkəmə heyyəti zərərçəkmiş və təqsirləndirilən şəxslərin nümayəndələri ilə birlikdə M.Əhmədovun həmin tikinti materiallarını satdığı "Sahil" MTK şirkətinə baxış keçirəcək və daşların keyfiyyəti müəyyənləşdiriləcək. Yalnız bundan sonra daşların İrandan alınan topdan satış qityməti və gömrük rüsumları müəyyən ediləcək. Hakim bildirib ki, bu prosesdən sonra zərərçəkmişə dəymiş real ziyan müəyyən edilə bilər.

Məhkəmə iclası bu məqsədlə iyunun 2-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

AzNews.az