Baş nazir Artur Rasizadə Zığ gölünün və onun mühafizə zonasının hüdudlarının təsdiq edilməsi barədə qərar imzalayıb. Baş nazir Artur Rasizadə Zığ gölünün və onun mühafizə zonasının hüdudlarının təsdiq edilməsi barədə qərar imzalayıb.

Artur Rasizadə bu göllərin sərhədləri haqda qərar imzaladı

Baş nazir Artur Rasizadə Zığ gölünün və onun mühafizə zonasının hüdudlarının təsdiq edilməsi barədə qərar imzalayıb.

AzNews.az xəbər verir ki, sənədə əsasən, Zığ gölünün 106,49 hektarlıq sahəsi olan akvatoriyasının və onun 184,58 hektarlıq sahəsi olan mühafizə zonasının əlavə olunan xəritədə göstərilən hüdudları təsdiq edilib.

Bundan əlavə, Böyükşor gölünün 1159,39 hektarlıq sahəsi olan akvatoriyasının və onun 467,85 hektarlıq sahəsi olan mühafizə zonasının əlavə olunmuş xəritədə göstərilmiş sərhədləri də təsdiq olunub.