Bu gün “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin iki yaşı tamam olur. Bu gün “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin iki yaşı tamam olur.

“Sputnik Azərbaycan”ın iki yaşı tamam olur

Bu gün “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin iki yaşı tamam olur.

AzNews.az xəbər verir ki, Sputnik Azərbaycan 2015-ci ilin may ayının 25- dən fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir.

“Sputnik Azərbaycan” onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. “Sputnik” xəbər lentləri abunəçilər üçün günboyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Bu münasibətlə həmkarlarımızı təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

AzNews.az