Aeroport yolunda iki avtomobil toqquşdu, tıxac yarandı (Video)

Aeroport yolunda yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində "Opel" markalı 10-VZ-489 avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə və yolayrıcına ziyan dəyib. Qəza nəticəsində nəqliyyatın hərəkəti çətinləşib və tıxac yaranıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır.