“Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsini elan edib. “Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsini elan edib.

"Azərkosmos” elmi müəssisələrə peykdən təmənnasız təsvirlər verəcək

“Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsini elan edib.

AzNews.az Report-a istinadən xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

Layihə çərçivəsində elmi tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumlar, həmçinin hüquqi və ya fiziki şəxslər öz təkliflərini təqdim edə bilərlər.

Təkliflər 2017-ci il iyulun 31-dək qəbul olunacaq.

“Azərkosmos” ASC cari il sentyabrın 29-dək qalibləri təkliflərindəki tələblərə uyğun olaraq “Azersky” peyki vasitəsi ilə çəkilmiş təsvirlərlə təmənnasız təmin edəcək. Qalib təkliflərin seçimi zamanı layihənin “Azersky”dan alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü, ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, innovativlik kimi meyarlar nəzərə alınacaq.

Layihə barədə ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən və (012) 565 00 55 (daxili 216) nömrəsi ilə əlaqə saxlayaraq almaq olar.

Qeyd edək ki, “Azersky” peykinin təsvirlərindən elektron kənd təsərrüfatının qurulmasında və kənd təsərrüfatı məhsullarının monitorinqində, xəritəçəkmədə, hasilat, infrastruktur, planlaşdırma və monitorinq işlərində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirklənmələrinin tədqiqində, eləcə də müdafiə və təhlükəsizlik sahələrində istifadə olunur.