Balakən sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Balakən sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Balakəndə bəxbəxt hadisə - rayon sakini ağır xəsarət aldı

Balakən sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Şambul kənd sakini, 1996-cı il təvəllüdlü Günel Ramazan qızı Məhniyeva hər iki ayağının 1-ci və 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə daxil olub.

Müayinə zamanı məlum olub ki, G Məhniyeva yaşadığı evdə xörək bişirən zaman düyü ilə dolu qaynayan qazan onun üstünə aşıb. Nəticədə Günel Məhniyeva hər iki ayağından yanıq xəsarətləri alıb.