Parlamentin növbədənkənar iclası olacaq

Mayın 31-də Milli Məclisin yaz sessiyasının son iclası keçiriləcək.

AzNews.az xəbər verir ki, parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağırıla bilər.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a bildirib ki, parlamentin növbədənkənar iclasının keçirilməsi gözlənilir.

O qeyd edib ki, son iclasda bu barədə məlumat veriləcək.

Bildirək ki, parlamentin növbədənkənar sessiyaları Milli Məclisin sədri, Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırılır.

Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.