65 yaşlı kişi bulvarda intihara cəhd etdi

Bakıda daha bir nəfər özünü bulvarda dənizə ataraq intihar etmək istəyib.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 1952-ci il təvəllüdlü Məmmədov Nəcəf Heydər oğlu Neftçilər prospekti 140-ın qarşısında – Dənizkənarı Milli Parkda özünü dənizə ataraq həyatına son qoymaq istəyib. Bulvar idarəsinin əməkdaşları onu xilas edib.

İlkin araşdırma zamanı N.Məmmədovun ailə problemi səbəbindən həyatına qəsd etdiyi məlum olub.

Araşdırma aparılır.