28 May - Respublika Günü Gürcüstanda geniş qeyd olunub. Azərbaycanın Gürcüstandakı səfirliyinin, NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin deputatları, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbərliyi, Azərbaycan şirkətlərinin əməkdaşları mayın 28-də Tbilisidəki Heydər Əliyev parkında olublar. Onlar Ulu Öndərin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. 28 May - Respublika Günü Gürcüstanda geniş qeyd olunub. Azərbaycanın Gürcüstandakı səfirliyinin, NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin deputatları, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbərliyi, Azərbaycan şirkətlərinin əməkdaşları mayın 28-də Tbilisidəki Heydər Əliyev parkında olublar. Onlar Ulu Öndərin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

28 May - Respublika Günü Tbilisidə qeyd olunub

28 May - Respublika Günü Gürcüstanda geniş qeyd olunub. Azərbaycanın Gürcüstandakı səfirliyinin, NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin deputatları, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbərliyi, Azərbaycan şirkətlərinin əməkdaşları mayın 28-də Tbilisidəki Heydər Əliyev parkında olublar. Onlar Ulu Öndərin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində deyib: “Müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. 28 May tarixinin də bayram günü kimi qeyd olunması Ulu Öndərimizin adı ilə bağlıdır. Ona görə də dünyanın bir çox ölkəsində Heydər Əliyevin xatirəsi də ehtiramla anılır. Biz də bu gü, Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət etməklə həm Ulu Öndərimizə ehtiramımızı bildirdik, həm də milli bayramımızı qeyd etdik”.