Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəranda ağır qəza - 7 nəfər yaralandı

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Liman şəhər sakini Əsgərov Mürsəl Nail oğlu, avtomobildə olan sərnişinlər - onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Liman şəhər sakini Əsgərova Günel Musa qızı, onların yaş yarımlıq qızları Əsgərzadə Zəhra Mürsəl qızı, sürücünün qaynı uşaqları - 9 yaşlı Boladi kənd sakinləri - Qasımov Əlişan Sənan oğlu və 6-7 yaşlı Qasımova Aylin Məmməd qızı, həmçinin sürücünün baldızı, hamilə vəziyyətində olan 1979-cu il təvəllüdlü Boladi kənd sakini Haşimova Günay Hidayət qızı xəsarət alıb.

Qəza zamanı yaralananlardan digəri isə "Opel" markalı maşının sürücüsü Astara sakini Hüseynov Xudaverdi Səxavət oğludur.

Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib.