«Kasperski Laboratoriyası»:«Siyahının ilk onluğunda məhz keçmiş SSRI ölkələri üstünlük təşkil edir» «Kasperski Laboratoriyası»:«Siyahının ilk onluğunda məhz keçmiş SSRI ölkələri üstünlük təşkil edir»

Azərbaycan internetlə virusa yoluxmada dünya üçüncüsüdür

«Kasperski Laboratoriyası»:«Siyahının ilk onluğunda məhz keçmiş SSRI ölkələri üstünlük təşkil edir»





Internet vasitəsilə istifadəçi qurğularının zərərli proqramlarla yoluxmasına görə Azərbaycan dünyada 3-cü yerdədir. Bu barədə "Kasperski Laboratoriyası"nın hesabatında bildirilir.

Laboratoriyanın məlumatına əsasən, dünyada internet vasitəsilə qurğunun zərərli proqramlarla yoluxması riskinə görə birinci yerdə Rusiya dayanır. Siyahının ilk onluğunda məhz keçmiş SSRI ölkələri üstünlük təşkil edir. Belə ki, Rusiyanın ardınca siyahıda Tacikistan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarus, Banqladeş, Şri-Lanka, Hindistan və Sudan yer alıb. Ukrayna təhlükəli internetə görə siyahıda 17-ci yerdədir.

Qeyd edək ki, söhbət internetdən istifadə edərkən, üzə çıxan müxtəlif pəncərələrdən gedir. Pəncərələrdə qurğunun guya virusa yoluxması barədə yalan məlumat verilir və istifadəçiyə saxta antivirus proqramının yüklənməsi təklif olunur.

AzNews.az