Nərimanov Rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Nərimanov Rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib - Nərimanov rayonunda

Nərimanov Rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbiri giriş sözü il açan Rayon Qeydiyyat Şöbəsinin müdiri Səadət İsmayılova Beynəlxalq Uşaq Günü barədə tədbir iştirakçılarına məlumat vermiş, o cümlədən sosial layihələrdən və Azərbaycan dövləti tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb.

Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova dövlət başçısının və ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd etmiş, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Tədbidə çıxış edən YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindəndir.

Daha sonra Bayram tədbiri uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla və rəqslərlə davam etdirilib.

Yekunda yeni anadan olan körpələrin valideynlərinə doğum haqqında şəhadətnəmələr və hədiyyələr təqdim edilib.

01 iyun 2017-ci il tarixdə 291 saylı Ekologiya Liseyində və 57 saylı orta məktəbdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbirlərdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinin İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində yerləşən məktəblərin direktorları, məktəblərin müəllim heyəti və şagirdləri iştirak etmişlər.

Tədbirlərdə çıxış edənlər uşaqları təbrik edərək vurğulayıblar ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

291 saylı Ekologiya liseyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Qayğı üçün yarat” sağlamlığı məhdud uşaqların əl işlərinin satış-sərgisi keçirilib.

291 saylı Ekologiya liseyində və 57 saylı məktəbin akt zalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirlər məktəblərin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı ilə yekunlaşıb.

image description image description image description image description image description