YAZIÇININ ÖLDÜRÜLMƏSİ VERSİYASI HÖKUMƏTİ NARAHAT ETMƏYƏ BAŞLAYIB YAZIÇININ ÖLDÜRÜLMƏSİ VERSİYASI HÖKUMƏTİ NARAHAT ETMƏYƏ BAŞLAYIB

Əkrəm Əylisli ABŞ səfirliyindən kömək istədi

YAZIÇININ ÖLDÜRÜLMƏSİ VERSİYASI HÖKUMƏTİ NARAHAT ETMƏYƏ BAŞLAYIB



Əldə etdiyimiz son məlumatlara görə qalmaqallı "Daş yuxular" romanının müəllifi, sabiq xalq yazıçısı Əkrəm Əylisli ətrafında baş verənlərdən ciddi şəkildə narahatdır. Ölkə prezidentinin sərəncamı ilə xalq yazıçısı adının geri alınmasından və oğlunun Dövlət Gömrük Komitəsindəki vəzifəsindən çıxarılmasından sonra onun narahatlığı bir qədər də artıb.

Bununla bağlı AzNews.az xəbər portalını məlumatlandıran mənbənin sözlərinə görə, xalq yazıçısı titulundan və prezident təqaüdündən məhrum olduqdan sonra Əkrəm Əylisli şoka düşüb və bütün bunların davamının daha pis formada olacağından əndişələnib. Evinin qarşısında aksiyalar, "Əkrəm əylisli öldürülsün" tələblərinin intensivləşməsi, hətta onun qulağının kəsilib gətirən şəxsə 10 min manat pul mükafatının elan olunması hadisələrin doğurdan da nəzarətdən çıxdığını düşünmək üçün əsaslar yaradır.

Artıq baş verənlərdən hökumətin də ciddi narahatlıq keçirdiyini iddia edən qaynağımız bunu belə əsaslandırır: "İndi hansısa xarici kəşfiyyat orqanı Əkrəm Əylislini aradan götürməklə bunu Azərbaycan dövlətinə qarşı çevirə bilər ki, bu da olduqca təhlükəli tendensiyadır. Bunu Azərbaycanda da yaxşı anlayır və hər hansı belə bir versiyanın reallaşmaması üçün tədbirlər görülür".

AzNews.az-a daxil olan daha bir məlumatda isə bildirilir ki, hətta Əkrəm Əylislinin özü də təhlükəsizliyi ilə bağlı önləyici tədbirlər görməyə başlayıb. Belə ki, onun bir neçə gün öncə ABŞ-ın ölkəmizdəki səfirliyinin səlahiyyətli nümayəndəsi ilə görüşdüyü bildirilir. Həmin görüş səfirliyin binasında yox, paytaxtın məşhur restoranlarından birində baş tutub və Əkrəm Əylisli ABŞ diplomatından onunla bağlı məsələnin səfirin diqqətinə çatdırılmasını xahiş edib. Səfirlik nümayəndəsi isə öz növbəsində səfirin baş verənlərdən ətraflı şəkildə məlumatlı olduğunu deməklə yanaşı bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini söyləyib.

Orxan
AzNews.az