"Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Nəticələr normaldır. Suda qeyri-adi heç nə aşkarlanmayıb. "Azərsu" ASC-nin baş texnoloqu, İstismar İdarəsinin işçiləri, Sumqayıt Sukanal İdarəsinin əməkdaşları bu gün bütün günü hadisə baş verən ərazidə olublar.” "Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Nəticələr normaldır. Suda qeyri-adi heç nə aşkarlanmayıb. "Azərsu" ASC-nin baş texnoloqu, İstismar İdarəsinin işçiləri, Sumqayıt Sukanal İdarəsinin əməkdaşları bu gün bütün günü hadisə baş verən ərazidə olublar.”

"Suda qeyri-adi heç nə aşkarlanmayıb" - "Azərsu"dan AÇIQLAMA

"Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Nəticələr normaldır. Suda qeyri-adi heç nə aşkarlanmayıb. "Azərsu" ASC-nin baş texnoloqu, İstismar İdarəsinin işçiləri, Sumqayıt Sukanal İdarəsinin əməkdaşları bu gün bütün günü hadisə baş verən ərazidə olublar.”

Unikal.org-un məlumatına görə, bu sözləri Sumqayıtda 119 uşağın sudan zəhərlənməsi barədə xəbərlərə münasibət bildirən "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi həmçinin qeyd edib ki, uşaqlardan götürülmüş qan analizlərinin nəticələrindən sonra əsas səbəb bilinəcək.

Xatırladaq ki, bu gün ölkə gündəminin əsas xəbərlərindən biri Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmənin baş verməsi olub. Xəbərlərə görə, son 3 gündə Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Sumqayıtın Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.

Qeyd edək ki, zəhərlənən uşaqlar krandan su içdikdən sonra bu hala düşdüklərini bildiriblər.

Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq.

AzNews.az