“Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsi may-iyun aylarında başlayacaq” “Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsi may-iyun aylarında başlayacaq”

Ziya Məmmədov vahid kart sisteminə keçidin vaxtını açıqladı

“Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsi may-iyun aylarında başlayacaq”




Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsinə may-iyun aylarında başlanması nəzərdə tutulur.

APA-nın xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, ilkin mərhələdə təxminən 500-1000 arası sərnişin avtobusunda bu proses gedəcək: "Sonra isə proses zamanla davam etdiriləcək və daha çox avtobusu əhatə edəcək".

Sərnişin avtobuslarını sayının azaldılması barədə deyilənlərə münasibət bildirən Z. Məmmədov deyib ki, əslində say azaldılmayıb, sadəcə, marşrutların optimallaşdırılması prosesi gedir: "Bu proses getməlidir. Heç bir azaldılmadan söhbət getmir. Avtobuslar yenilənir, modernləşdirilir. Bütün bunlar da sərnişinlərə xidməti yaxşılaşdıracaq".

AzNews.az