Cəlilabadın "İran bazarı"nda baş verən güclü yanğın söndürülüb - Yenilənib

Cəlilabad rayonunda "İran bazarı" kimi tanınan bazarda güclü yanğın baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Cəlilabadda bazarda baş verən yanğın söndürülüb.

Cəlilabad şəhərində ümumi sahəsi 4600 m2 olan “Cəlilabad” ticarət mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2 sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

AzNews.az Apa-ya istinadən xəbər verir ki, artıq yanğın söndürülmək üzrədir.

Təkcə bir mağazada alov müşahidə olunur. İlkin məlumata görə, yanğın zamanı 16 mağaza içərisindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Qeyd edək ki, hadisə zamanı bir nəfərdə xəsarət alıb.

***

AzNews.az Report-a istinadən xəbər verir ki, bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.