Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcək. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcək.

Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcək.

AzNews.az DİM-ə istinadən xəbər verir ki, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

13 iyul saat 17:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331 nəfəri seçim edərək ərizəsini təsdiq edib.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.