UEFA Avropa Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq. UEFA Avropa Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

“Qəbələ” çətin sınaq qarşısında

UEFA Avropa Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, son 2 ildə qrup mərhələsində yarışan “Qəbələ”ni səfərdə çətin oyun gözləyir.

Roman Qriqorçukun komandası Polşada “Yagelloniya”nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 1:1 hesabı qeydə alınıb. Odur ki, mərhələ adlamaq üçün “Qəbələ” qələbə qazanmalı, ən pis halda bol qollu heç-heçəyə nail olmalıdır.

Oyun Bakı vaxtilə 22:30-da başlayacaq.